- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Ay-ulduzlular”ımızın AÇ-2016-nın seçmə mərhələsində rəqiblərindən biri baş məşqçisiz qalıb. Allsport.az xəbər verir ki, Bolqarıstan Futbol Federasiyasının İcraiyyə Komitəsinin son toplantısında millinin məşqçilərinin işinə qiymət verilib.
Aparılan müzakirələrdən sonra, məşqçilər korpusunun istefasına qərar verilib. Bu üzdən də baş məşqçi Lyuboslav Penev, onun köməkçiləri Radoslav Sdravkov, David Rodriqes və Yordan Yordanov vəzifəsindən azad olunub.
Maraq üçün qeyd edək ki, hazırda Azərbaycan yığması da Berti Foqtsun istefasından sonra boşdur. Seçmə komandamızın qrupunda Bolqarıstanla yanaşı, İtaliya, Xorvatiya, Norveç və Malta da yer alır.