- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Noyabrın 22-dən 24-dək Yaponiyanın Osaka şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib. Allsport.az xəbər verir ki, Tokio oyunlarına lisenziya xalları verən yarışda Azərbaycanı 8 kişi və 5 qadın cüdoçu təmsil edəcək.
Kəramət Hüseynov (60 kq) 1/16 finalda belaruslu Yanislav Gerçev, Davud Məmmədsoy isə italiyalı Elios Manzi ilə qarşılaşacaq. Nicat Şıxəlizadə (66 kq) irlandiyalı Naton Börns – Beslan Muradov (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək. Orxan Səfərov isə 1/32 finalda kanadalı cüdoçu Jülyen Fraskador ilə mübarizə aparacaq.
Murad Fətiyev (81 kq) 1/32 finalda qırğızıstanlı Vladimir Zoloyev ilə qarşılaşacaq.
Məmmədəli Mehdiyev (90 kq) avstralyalı Harisson Kassar və perulu Deril Servan Yamomoto cütünün qalibi ilə görüşəcək. Elmar Qasımov (100 kq) fransalı Sedrik Olivarla Georgi Minaşkin cütünün qalib ilə üz-üzə gələcək. Zelim Kotsoyev 1/32 finalda almaniyalı Karl-Riçard Freylə qarşılaşacaq.
Qadınların yarışında 1/16 finalda Leyla Əliyeva (48 kq) iraliyalı Edna Karrillo ilə üz-üzə gələcək. Aişə Qurbanlı malavili Harriet Bonfeyslə qarşılaşacaq. Gültac Məmmədəliyevanın (52 kq) rəqibi moldovalı Kristina Blanaru olacaq.
1/16 finalda Aleksandra-Larisa Florian (57 kq) yaponiyalı Tsukasa Yoşida, İçinxorloo Munxtsedev isə Po Sum Leunqu (Honkonq) ilə qarşılaşacaq.
Oruc Vəlizadə (60 kq), Telman Vəliyev (73 kq), Hidayət Heydərov (81 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) turnirdə iştirak etməyəcəklər.
“Böyük dəbilqə” turnirində 87 ölkədən 486 idmançı mübarizə aparacaq.