“Böyük dəbilqə”də iştirak edəcək cüdoçular

Beynəlxalq cüdo federasiyasının təqviminə görə ilin ilk “Böyük dəbilqə” turniri 1-2 fevralda Parisdə keçiriləcək.

Allsport.az xəbər verir ki, iki gün davam edəcək turnirdə 54 ölkədən 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə yığma komandası yarışda kişilər arasında 6 çəki dərəsində 10 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara performans direktor, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcək.

60 kq
Əhməd Yusifov
Hüseyn Allahyarov

66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev

73 kq
Rəşid Məmmədəliyev
Vüsal Qələndərzadə

81 kq
Ömər Rəcəbli

100 kq
Əjdər Bağırov

+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov

Yarışda iştirak etməli olan cüdoçumuz Murad Fətiyev (90 kq.) zədəli olduğuna görə, milli yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatıla bilməyəcəklər.

Həmin kateqoriyadan

azenrutr