- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Almaniyanın Düsseldorf şəhərində cüdoçuların “Böyük dəbilqə”sinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın son günü millimiz daha uğurlu çıxış edib.
90 kq-da komandanın öncülü olan Məmmədəli Mehdiyev öncə İsrail, sonra müvafiq olaraq Çin, Dominikan, Kuba, Serbiya və finalda Yaponiya təmsilçilərini yenərək qalib olub.
93 ölkədən 605 nəfərin mübarizə apardığı tutaşmalarda daha 2 yığma üzvü Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıblar. Daha öncə bu rəqabətdə eyni nəticəni Rüstəm Orucov (73 kq) göstərmişdi.
Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.