- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Macarıstan paytaxtı Budapeştdə “Böyük dəbilqə” start götürüb. Allsport.az saytı xəbər verir ki, yarışda bizdən 17 cüdoçu iştirak edir. İlk rəqabət günündə millidən yalnız Orxan Səfərov (66 kq) fərqlənib. “C” qrupunu öndə tamalayan idmançımız yarımfinalda rusiyalı həmkarlı ilə tutaşmada büdrəsə də, 3-cü yer uğrunda görüşdə fürsəti qaçırmayıb.
Kişkilərdə digər təmsilçilərimiz Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi – 60 kq) və Nicat Şıxəlizadə çıxışlarını erkən başa vurublar.
Qadınlarda Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi – 48 kq) elə ilk mübarizədə yeniliblər, Gültac Məmmədəliyeva (52 kq) 7-ci yer tutub.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.