- Baxış sayı: 28
- 05 Aprel 2026 21:32
- Baxış sayı: 296
- Aprel 06, 2026
- 0

Bakıda kişi və qadın boksçuların ənənəvi “Böyük ipək yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 6 gün davam edən yarışda 10 ölkənin 126 idmançısı qüvvəsini sınayıb.
Boks mərkəzində bu sınaq da Azərbaycan millisi üçün uğurlu olub Bu gün baş tutan final mərhələsinin ilk görüşündə Sübhan Mamedov (50 kq) komanda yoldaşı Bilalhəbaşi Nəzərovla döyüşüb. Döyüş dünya çempionunun 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca da həlledici mərhələdə Azərbaycan duelləri olub. Amin Məmmədzadə (55 kq) Zəlimxan Süleymanova qalib gələrək qızıl medala yiyələnib. Tayfur Əliyev (60 kq) – Məhəmmədəli Aşırəliyev və Malik Həsənov (65 kq) – Zaur Qəhrəmanov qarşılaşmaları birincilərin aktivinə yazılıb.
90 kq-da Surət Qarayev Coşua Heskeni (Avstraliya) məğlub edib – 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28). Məhəmməd Abdullayev (+90 kq) də komanda yoldaşlarının uğurunu davam etdirib. O, Aleksandr Şauya (Avstraliya) 3:2 (29:28, 29:28, 27:30, 30:27, 27:30) hesabı ilə qalib gələrək çəkisinin ən güclüsü olub.
Digər boksçularımızdan Seyid Seyidov (80 kq) gümüş, Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov, Rasim Çobanlı (hər ikisi – 75 kq), Həsən Osmanlı (80 kq), Murad Allahverdiyev (85 kq), Səbuhi Əlizadə (+90 kq), Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) bürünc medal qazanıblar.
Millimiz 21 – 6 qızıl, 5 gümüş və 10 bürünc medalla komanda hesabında birinci yeri tutub və Böyük İpək Yolu kubokuna yiyələnib. İkinci yerdə Qazaxıstan (3-5-7) qərarlaşıb, “üçlüy”ü Türkiyə (3-0-3) qapayıb.
Turnirdə ən yaxşı boksçu Bakberqen Aliaskarov (Qazaxıstan) seçilib. Raşid Benaiça (Əlcəzair) ən yaxşı hakim adına layiq görülüb.