- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Əməkdar məşqçi Tərlan Həsənovun “Cüdo” kitabı çıxıb. Allsport.az saytı xəbər verir ki, ACF-nin dəstəyi ilə nəşr olunan vəsait bu idman növünün inkişafı, cüdoçuların hazırlanmasında tədris-məşqin təkmilləşdirilməsi və onlara yeni qaydaların aşılanması məqsədilə hazırlanıb. Uşaq-gənclər idman məktəbləri, idman cəmiyyətləri, klubları və bölmələrində fəaliyyət göstərən cüdo məşqçi-müəllimləri üçün nəzərdə tutulan toplu Gənclər və İdman Nazirliyi, eləcə də Təhsil Nazirliyinin normativ sənədləri və idman məktəblərinin nizamnaməsi əsasında hazırlanıb.
Kitabda idmançının hazırlığı, məşq prosesinin planlaşdırılması, təşkili, keçirilməsi, məzmunu və digər məsələlər haqqında müfəssəl məlumat verilib. Bu idman növündəki 45 illik məşqçilik təcrübəsindən yararlanan müəllif vəsaitin hazırlanmasında respublika cüdoçularının qabaqcıl təlimi və məşq təcrübəsi, gənc idmançıların hazırlığı məsələlərində elmi-tədqiqatın nəticələri, idman təbabəti, fiziki tərbiyə nəzəriyyəsi və metodikası, pedaqogika, psixologiya, gigiyena və digər sahələrin səmərəli təcrübəsindən məharətlə istifadə etməyi bacarıb.
İnanırıq ki, ölkəmizin cüdo mütəxəssisləri kitabdan böyük məmnuniyyətlə yararlanacaq və bu vəsaitin Azərbaycan cüdosunun inkişafında çox böyük faydası olacaq.