“Bu dəfə çıxışım istədiyim kimi alınmadı”

Batut gimnastımız Selcan Mahsudova Paris-2024-də 53.750 xalla 10-cu olub. Allsport.az saytı xəbər verir ki, o, debütünü belə dəyərləndirib:

“İlk olaraq xalqıma təşəkkür edirəm ki, məni çıxışım zamanı izlədi. Ailə üzvlərim, dostlarıma dəstək olduqları üçün minnətdaram. Bu mənim ilk Olimpiadamdır. İlk tarixi lisenziyanı qazandıq.

Batut gimnastikası üzrə olimpiadada debüt etməklə artıq tarix yazıldı. Bu dəfə çıxışım istədiyim kimi alınmadı. İnanıram ki, Los Ancelesdə keçiriləcək növbəti olimpiya oyunlarına lisenziyanı qazanıb orada daha yaxşı çıxış nümayiş etdirəcəyəm.

Bu gün ilk çıxışım zamanı həyəcan var idi deyə bütün hərəkətləri yerinə yetirə bilmədim. Ancaq fikrimi toplayıb ikinci çıxışımı sona qədər yerinə yetirdim ki, ölkəmi layiqincə təmsil edim”.

Həmin kateqoriyadan