- Baxış sayı: 21
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Rud van Nistelroy İngiltərə liqa kubokunun 1/8 finalında “Lester Siti” üzərində qazanılan qələbəni (5:2) şərh edib.
Allsport.az xəbər verir ki, niderlandlı məşqçi komandasının oyunundan razı qalıb:
“Deməliyəm ki, bir az bəxtimiz gətirdi. “Vest Hem” və “Fənərbaxça” ilə oyunlarda da çox qol vura bilərdik. Oyunçularımız qol fürsəti əldə etməyi bacarırlar. Bu gün bəxt üzümüzə güldü və imkanlarımızdan faydalandıq. Komandada hamı istəklidir. Azarkeşlərin evlərinə xoşbəxt getdiklərinə görə sevincliyəm.”