- Baxış sayı: 38
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

Bu gün ölkəmizin boks idman növündə ilk olimpiya mükafatçısı Vüqar Ələkbərovun ad günüdür. Allsport.az xəbər verir ki, Vüqar Mürsəl oğlu Ələkbərov 1981-ci il yanvarın 5-də Mingəçevir şəhərində anadan olub.
O, 2000-ci ildə Sidney Olimpiadasında 75 kq çəki dərəcəsində bürünc medala layiq görülüb. Vüqar Ələkbərov hazırda “Neftçi” klubunun boks bölməsinin rəhbəridir. Onun yetirmələrindən Pərviz Bağırov Rio Olimpiadasına vəsiqə qazanıb.
Vüqar Ələkbərovu təbrik edir və ona karyerasında və şəxsi həyatında uğurlar arzulayırıq!