“Bu gün mənim günüm idi”

Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) Paris oyunlarında 1/8 finalda 2-qat olimpiya və 5-qat dünya çempionu Xulio Sesar la Krusa (Kuba) 3:2 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, o, qələbədən sonra sevincini bölüşüb:

“Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram.

Bu son deyil, qarşıda döyüşlər var. Daha irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır”.

Həmin kateqoriyadan