- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Budapeştdə dünya çempionatı sona yetmək üzrədir. Allsport.az saytı xəbər verir ki, bu yalnız kişi cüdoçularımız mübarizə aparıblar. Məmmədəli Mehdiyev (100 kq) Rumıniya, Ukrayna, Tunis və İspaniyadan olan rəqiblərini yenib.
Təəssüf ki, 1/4 finalda həmyerlimiz son saniyələrdə macarıstanlı idmançıya uduzub, ardından təsəlliverici görüşdə gürcüstanlı həmkarına məğlub olaraq, bürünc medaldan da əlini üzüb.
Bu çəkidə mücadilə edən digər təmsilçimiz Tural Safquliyev Peru və Özbəkistandan olan tatami ustalarını üstələsə də, serbiyalı rəqibinə yenilərək, çıxışını dayandırıb.
Xatırladaq ki, Fərhad Məmmədovun baş məşqçilik etdiyi yığmamız Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) sayəsində hələlik 2 gümüş medala malikdir.