- Baxış sayı: 20
- 27 Mart 2026 13:53
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Borussiya Dortmund” ötən gün çempionlar liqanın 3-cü turu çərçivəsində “Real Madrid”in qonağı olub.
Allsport.az xəbər verir ki, “arıların” baş məşqçisi Nuri Şahin meydan sahiblərinin (5:2) qələbəsiylə başa çatan oyun haqda danışıb:
“Baş verənləri izah etmək çətindir. İlk hissədə çox yaxşı oynadıq, çox iş gördük, iki gözəl qol vurduq. İkinci hissənin çətin olacağını bilirdik. Bəzi epizodlarda oyunçuların sürəti çatışmırdı. İki dəqiqə ərzində iki qol buraxmağımız oyunçulara pis təsir etdi. Uğurlu nəticəyə ümidimiz var idi, amma zəif müdafiə olunduq. Vinisiusun etdikləri inanılmaz idi. Bu məğlubiyyətdən dərs çıxarmalıyıq”.