- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov paytaxtımızda səfərdə olan FİDE rəsmiləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, “Büllur Saray”da baş tutan işçi qrupunun iclasında qurumun vitse-prezidenti İzrael Gelfer, FİDE prezidentinin köməkçisi Berik Balqabayev iştirak ediblər.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı mötəbər yarışa hazırlığın son mərhələsi müzakirə edilib. İclasda iştirakçıların qeydiyyatı, yerləşdirilməsi, mətbuat mərkəzinin fəaliyyəti, olimpiada zamanı partiyaların rəsmi saytda canlı yayımlanması barədə fikir mübadiləsi aparılıb. Qonaqlar həm də Bakıda keçiriləcək FİDE-nin 87-ci Konqresinin təşkilati işləriylə maraqlanıb və görülən işləri yüksək qiymətləndirib.