- Baxış sayı: 5
- 04 Fevral 2026 13:57
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0

“Roma”nın müdafiəçisi Canluka Mançini “A” seriyasının 23-cü turunda “Udineze” ilə matçda (0:1) burnunu sındırıb.
Allsport.az xəbər verir ki, 29 yaşlı futbolçu zədəni oyunun ilk hissəsində alsa da, matçı sona qədər davam etdirib. Dünən uğurlu cərrahiyyə əməliyyatı keçirən Mançini artıq xəstəxanadan evə buraxılıb.
O, fevralın 9-da keçiriləcək “Kalyari” ilə qarşılaşmada meydana xüsusi qoruyucu maska ilə çıxacaq.
Mançini cari mövsümdə paytaxt təmsilçisinin heyətində 30 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.