- Baxış sayı: 45
- 17 Aprel 2025 14:14
- Baxış sayı: 69
- Aprel 20, 2025
- 0
“Karabakh is Azerbaijan” seriyası çərçivəsində ilk turnir keçirilib. Allsport.az saytının məlumatına görə, chess.az-ın təşkil etdiyi yarışının ilk rəqabəti “Jabrail Cup”da Azərbaycan və Türkiyə şahmatçıları mübarizə aparıblar.
Ümumilikdə 67 şahmatçının iştirak etdiyi sınaqda qalib adını azərbaycanlı Elnur Mehdiyev (10 xal) qazanıb. 2-ci və 3-cü yerlərdə müvafiq olaraq, Orxan Bağırov (8 xal) və Kənan İsbatov (6 xal) qərarlaşıblar.
Ümumilikdə, bu mübarizə 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir mücadilə işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. 8 yarışın hər birində ilk 6 yeri tutanlar böyük finala düşmək üçün xallar toplayacaqlar.