- Baxış sayı: 69
- 02 Mart 2026 21:36
- Baxış sayı: 151
- Mart 22, 2026
- 0

İran Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” klubu da növbəti matçına çıxıb.
Təbrizlilər səfərdə “Saypa” ilə üz-üzə gəliblər. Qarşılaşma “Traktorsazi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, Güney Azərbaycan klubu kubokun yarımfinalına çıxıb.
Qeyd edək ki, 1/2 finalda təbrizlilərin rəqibi Tehranın “Naft” komandası olacaq.