- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Lüksemburqda qitə voleybol konfederasiyasının baş qərargahında qızıl və gümüş Avropa liqaların yeni mövsümü ilə bağlı iclas keçirilib.
Allsport.az xəbər verir ki, görüşdə CEV prezidenti Aleksandr Boriçiç, qurumun təmsilçiləri, bu yarışlarında mübarizə aparacaq 36 komanda və 23 federasiyanın rəsmiləri iştirak ediblər. İclasda ölkəmiz federasiyanın baş katibi Cəlil Cəfərov və İdman şöbəsinin rəhbəri Elnur Məmmədovla təmsil olunub.
Toplantıda bildirilib ki, dördlər finalının mükafat fondu 305 min avro təşkil edəcək və bu vəsaitin 125 mini qalibə çatacaq.
İclasdan sonra Aleksandr Boriçiç Cəlil Cəfərov və Elnur Məmmədovla görüşüb. Söhbət zamanı gələn il avrokuboklarda Azərbaycanın 2 klubla iştirak etməsi müzakirə mövzusu olub.