- Baxış sayı: 54
- 03 Mart 2026 14:22
- Baxış sayı: 73
- Mart 02, 2026
- 0

Boks üzrə keçmiş dünya çempionu Roy Cons Junior və qarışıq döyüş ustası Ceff Monson arasında döyüş ləğv olunub.
Allsport.az xəbər verir ki, qarşıdurmanın martın 1-də Ufada keçirilməsi planlaşdırılırdı.
“Bu döyüş olmayacaq. Promouterlərdən biri sadəcə olaraq bu döyüşdən məşhurlaşmaq istəyirdi, lakin sonda tədbiri keçirə bilməyəcəyi bəlli oldu”, – TASS Monsonun sözlərini sitat gətirir.
53 yaşlı Monsonun qarışıq döyüş növləri üzrə 60 qələbə, 26 məğlubiyyət və bir heç-heçə rekordu var. 56 yaşlı Consun 66 qələbəsi (47-si nokautla) və 10 məğlubiyyəti var.