Covanni Kaprara: Bizim üçün çətin olacaq

Braziliyada təşkil olunan olimpiya təsnifatında iştirak edəcək qadın voleybol millimiz paytaxtda hazırlığını davam edir. Allsport.az saytı xəbər verir ki, “D” qrupunda mübarizə aparacaq yığmamızın baş məşqçisi Covanni Kaprara rəqiblər haqqında danışıb:

“Artıq 2 həftədir ki, hazırlıqlara başlamışıq. Bir məşqçi olaraq məni iki məslə düşündürür. İlk olaraq biz komanda olaraq birgə çox məşq keçirməli, daha sonra yoxlama matçlarında gücümüzü yoxlamalıyıq. Olimpiya təsnifat oyunlarında rəqiblərimiz haqqında isə bunu deyə bilərəm ki, Brazilya millisinin təqdimata ehtiyacı yoxdur.

Dominikan Respublikasının yığma komandası son illər çox irəliləyib, Kamerun komandası da dünya çempionatında pis təsir bağışlamadı. Bir sözlə, bizim üçün çətin olacaq. Buna baxmayaraq qrup mərhələsini keçməyə çalışacağıq”.

Həmin kateqoriyadan