- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Rusiyalının aparıcı sərbəst güləşçilərindən Əbdülrəşid Sədullayev koronavirusa yoluxub. Allsport.az saytı xəbər verir ki, bu barədə tutullu bahadır öz İnstaqram səhifəsində paylaşım edib. Rio-2016 olimpiadasının qalibi, 4-qat dünya və 4-qat Avropa çempionubunu yazıb:
“Mən, bir çox həmyerlilərim kimi, koronavirusa əhəmiyyət vermədim. Biz həqiqətən xəstəliyi ciddiyə almadıq, təhlükəni və onun təhdidini yalnız qapımızı döydükdə hiss etməyə başladıq. Mən özüm bunu yaşadım, qohumlarım və dostlarım da həmçinin, bir çox dostum artıq bizimlə birgə həyatda deyil
Cəmi 2 gün sonra sevimli Ramazan bayramımız gələcək. Hamınızı bu günü evdə keçirməyə, dar bir ailə dairəsində qeyd etməyə çağırıram. Uca Allah bizi bütün bəlalardan, xəstəliklərdən qorusun və şəfa versin!”
Nəzərinizə çatdıraq ki, Dağıstanda COVİD-19 geniş yaylıb. Öncə bizim güləşçilərdən qitə, dünya və olimpiya çempionu Şərif Şərifov və digər mükafatçımız Camaləddin Məhəmmədov koronavirusa yoluxub. AGF-in keçmiş vitse-prezidenti Məhəmməd Əliömərov və dərbəndli cüdo məşqçisi Ümidvar Novruzov “taclı bəla”nın qurbanları olublar.