- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 174
- Fevral 06, 2026
- 0

Beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzenin iştirakı ilə sonuncu seminar bu gün saat 16:00-da “Cüdo-2012” klubunun təlim-məşq mərkəzində olub. Allsport.az saytı xəbər verir ki, hazırlıqda yeniyetmə millinin məşqçiləri, idmançıları həmçinin müxtəlif klub, idman cəmiyyətləri və təşkilatların baş məşqçiləri də iştirak ediblər.
Məşğələnin əsas məqsədi BCF-in tətbiq etdiyi son dəyişikliklərin hakimlər, məşqçilər və idmançılar tərəfindən mənimsənilməsinə nail olmaq və bununla da, idmançılarımızın beynəlxalq və yerli yarışlarda yüksək səviyyədə iştirakını təmin etməkdir.
Yeni qaydalar daxili yarışlarda 2022-ci ilin mart ayından etibarən tətbiq edilməyə başlanacaqdır.