- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Nazirlər kabineti yanında operativ qərargahın idman zallarında məşqlərə qoyulan yasaqın aradan qaldırılmasından sonra, bu sahədə əməlli-başlı canlanma yaranıb. Allsport.az saytının məlumatına görə, ölkədə fəaliyyət göstərən müxtəlif klublar qapılarını uşaq və yeniyetmələrin üzünə açıblar.
Pandemiyadan dolayı uzun müddət idmansız qalan gənclər yenidən normal rejimə qayıdıblar. Paytaxtda öncül klublardan olan “Cüdo-2012” tam gücü ilə ehtiyat qüvvənin yaranmasına başlayıb. Yay tətili məktəblilərin rahat məşq keçməsinə şərait yaradır.
Gənc cüdo məşqçisi İntiqam Ələkbərov bu dönəmdə ümumi-fiziki hazırlığa xüsusi önəm verir. Payızda idmançılarımızı taktiki-texniki çalışmalar və yarış təcrübəsi toplamaq niyyətli ilə yurd içi məsul sınaqlar gözləyir.