Cüdo ailəsi “Böyük dəbilqə” turnirində Ağayar Axundzadəni yubileyi münasibəti ilə təbrik edib

Bu gün cüdo üzrə əməkdar məşqçi Ağayar Axundzadənin 65 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, o, Azərbaycanın və SSRİ-in idman ustası, əməkdar məşqçisi və Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülmüşdür.

Ağayar Axundzadə idman sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı, “Şöhrət” ordeni, Azərbayacan prezidentinin fəxri diplomu və fərdi təqaüdünə layiq görülmüşdür. Milli olimpiya komitəsinin prezidenti İlham Əliyevin sərəncamı ilə “Olimpiya ordeni” ilə təltif edilmişdir. O, hal-hazırda Azərbaycan Cüdo Federasiyasının icraiyyə komitəsinin üzvüdür.

Ağayar Axundzadənin ölkəmizdə cüdonun inkişafına verdiyi töhfə yüzlərlə gənci bu idman növünə həvəsləndirib. O, olimpiya çempionları Nazim Hüseynov və Elnur Məmmədli, olimpiya oyunlarının bürünc medalçısı Mövlüd Mirəliyev, bir sıra dünya və Avropa mükafatçıları yetişdirmişdir.

ACF Bakıda keçirilən “Böyük dəbilqə” turnirin gedişində yubilyarı təbrik edib. Heydər Əliyev idman sarayında onun şərəfinə tort hazırlanıb.

Həmin kateqoriyadan