Cüdo federasiyasının həkimləri beynəlxalq seminarda

22-23 noyabrda İstanbulda Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin Tibb Komissiyalarının birgə təşkilatçılığı ilə seminar keçirilir. Allsport.az saytı xəbər verir ki, Seminarda Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev, gənclərdən ibarət milli yığmanın həkimi Ceyhun Əliyev və yeniyetmələrdən ibarət milli yığmanın həkimi Şahin Məmmədov iştirak edir.

Seminarda yarışlarda idmançıların aldığı zədələnmələr, onların ağırlıq dərəcəsinə görə təsnifatı, zədələrin önlənməsi yolları və digər mövzular müzakirə olunub. Həmçinin, bir çox təcrübəli həkimlərin qarşılaşdığı hallar və müalicə üsulları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Cüdo Federasiyası idmançıların və heyət üzvlərinin sağlamlığını öndə tutaraq milli yığma komandalarının həkimlərinin ən son tədqiqatlardan və tibbi təcrübələrdən xəbərdar olması, idmançılara yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə gələcəkdə də bu cür təkmilləşdirmə seminarlarında iştirak etmələrini planlaşdırır.

Həmin kateqoriyadan