Cüdo federasiyasının Sumqayıt təlim-məşq bazasının açılışı olub
25 sentyabr 2018 / 10:26 Baxış sayı: 1544 Cüdo federasiyasının Sumqayıt təlim-məşq bazasının açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə GİN naziri Azad Rəhimov, ACF-nin prezidenti Rövnəq Abdullayev, İJF rəhbəri Marius Vizer, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Azərikimya” İB-nin sədri İmran Arzumanzadə və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qonaqlar tibb otağı, trenajor zalı, soyunub-geyinmə otaqları ilə tanışlıqdan sonra məşq zalına daxil olublar. Burada yeniyetmə cüdoçular məşq elementləri nümayiş etdiriblər. Veteran cüdocu, paralimpiya üzrə Azərbaycan millisin sabiq baş məşqçisi Əhməddin Rəcəbli qonaqları salamlayaraq, ali qonaqla şəxsi tanışlığının 1988-ci ilə təsadüf etdiyini xatırladıb. O, müasir tələblərə cavab verən bazanın istifadəyə verilməsinə görə aidiyyatı qurumlara minnətdarlığını bildirib.
Sonra rəsmi şəxslər cüdoçulara kimonolar hədiyyə ediblər. Zakir Fərəcov qonağa onun yağlı boya ilə çəkilmiş portretini və Sumqayıtın rəmzi sayılan göyərçin suvenirini hədiyyə edib. İcra başçısı Əhməd Rəcəbliyə də xüsusi hədiyyə verib.