Cüdo hakimlərimiz bu dəfə futbol meydançasında bir araya gəldi

Cüdo hakimlərimiz koronavirus pandemiyasından dolayı uzunmüddətli karantində boş dayanmayıblar, mövcud duruma uyğun fəaliyyət göstəriblər.

Allsport.az saytı xəbər verir ki, fevralın əvvəlində, ACF-in hakimlər komitəsinin sədri Mətin Rəhimlinin rəhbərliyi ilə, paytaxtın Binəqədi rayonunda yerləşən tennis akademiyası yaxınlığında açıq havada toplaşan referilər, qaydalarda edilən dəyişikliklər barədə fikir mübadiləsi aparıblar.

Bu gün isə, fiziki hazırlığı sabit saxlamaq üçün, növbəti dəfə futbol meydançasında bir araya gəliblər. Qara Qarayev metrosu civarında yerləşən “Ruslan-93” idman sağlamlıq mərkəzində keçirilən oyunda yerli və beynəlxalq dərəcəli hakimlər iştirak ediblər.

Həmin kateqoriyadan