- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 142
- Fevral 06, 2026
- 0

9-11 noyabrda Daşkənddə cüdo üzrə qran-prisi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Özbəkistanın paytaxtında bizimkilər də çıxış edəcəklər.
Kişilərin yarışına Əhməd Yusifov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (81 kq), Tural Səfquliyev, Məmmədəli Mehdiyev (hər ikisi – 90 kq), Elmar Qasımov (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) qatılacaqlar.
Qadınlarda Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və İrina Kindzerskaya (+78 kq) mübarizə aparacaqlar.