Cüdo millimiz U-23 Avropa çempionatına 3 medalla başlayıb

Xorvatiyanın Poreç şəhərində cüdoçuların U-23 qitə çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk gün bizimkilərə düşərli olub. Qızların yarışında Gültac Məmmədəliyeva (52 kq) yalnız finalda uduzub.

Oğlanlarda Turan Bayramov (60 kq) bürünc medal qazanıb. O, 3-cü yer uğrunda tutaşmada komanda yoldaşı Yaşar Nəcəfovu üstələyib. Nurlan Osmanov (66 kq) da bürünc mükafata yiyələnib. Bu çəkidə Ayxan Tanverdiyev 7-ci olub.

36 ölkədən 328 cüdoçunun (193 oğlan, 135 qız) çıxış etdiyi qitə birinciliyində Azərbaycan millisi 12 nəfərlə (9+3) təmsil olunur.

На изображении может находиться: 2 человека, люди стоят, текст «OUG»
На изображении может находиться: 1 человек, стоит и в помещении
На изображении может находиться: 1 человек, стоит и в помещении
На изображении может находиться: 3 человека, люди стоят

Həmin kateqoriyadan