- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Yeniyetmə cüdo millimizin məşqçisi Zaur Babayevin yaxın dostu – iş adamı şəxsi vəsaiti hesabına Zabrat-1 qəsəbəsində müasir idman zalı tikdirir. Allsport.az saytı xəbər verir ki, yaxın zamanlarda istifadəyə veriləcək qurğuda məşqlər müəyyən güzəştlərlə olacaq. Bu barədə bilgini o öz Feysbuk hesabında yazıb.
Gənc mütəxəssis bildirib ki, 2-ci Vətən müharibəsi şəhidlərinin və qazilərinin 2012, 2013 və 2014-cü illərdə doğulmuş övladları üçün təmənnasız xüsusi qrup açacaq və onlara xidmət edəcək. Qrupa daxil olan hər bir şəhid və qazi övladına cüdo geyimi (kimono) təminatı da öz üzərinə götürüb.
Bundan savayı, yığmanın tərkibinə daxil olanların hər birinin beynəlxalq yarışlarda iştirakı ACF, AGİN tərəfindən, Bakı və Azərbaycan birinciliklərində iştirak edərək milliyə daxil olana qədər olan dövrlərdə beynəlxalq yarışlarda iştirakı isə növbə ilə öz şəxsi vəsaiti hesabına təmin olunacaq.