- Baxış sayı: 36
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, məşğələ peşəkar psixoloqlar Orxan Oruc və Zümrüd Əkbərova tərəfindən keçirilib. Seminar müddətində idman yarışlarında psixoloji hazırlığın vacibliyi haqqında ətraflı məlumat verilib, məşqçilərin idmançıların psixi sağlamlıqlarına, yarışdan öncə və yarışdan sonra psixoloji vəziyyətinin yaxşılaşdırılması təsir imkanları müzakirə edilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb. Təlimin əsas məqsədi beynəlxalq yarışlarda ölkəmizi təmsil edən idmançıların psixoloji hazırlıq səviyyəsinin artırılması üçün məşqçilərin əlaqədar bilik və bacarıqlarının artırılması və bu istiqamətdə gələcək fəaliyyətlərin müəyyənləşdirilməsindən ibarət olub.
Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə gələcəkdə də məşqçilərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.