- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Cüdo federasiyasında növbəti olimpiya dövrü üçün qaydalarda dəyişikliklərlə bağlı hakimlər üçün seminar təşkil olunub. Allsport.az saytı xəbər verir ki, referilər üzrə menecer Mətin Rəhimli tərəfindən keçirilən toplantıda, 12 müddəadan ibarət dəyişikliklər haqqında geniş məlumat verilib. Bununla yanaşı, biliklərin təkmilləşdirilməsi məqsədi ilə müzakirələr aparılıb.
Bu ilin martında ölkənin müxtəlif bölgələrində eyni mövzuda məşğələlər keçiriləcək. İlk seminarlar martın 4-də Naxçıvan və Göygöldə, sonra 6-da Mingəçevirdə, daha sonra 11-də Balakənddə, 13-də İsmayıllıda, 15-də Qusarda, 17-də Şirvanda və aprelin 6-da Sumqayıtda təşkil olunacaq.
Yeni qaydalar daxili yarışlarda martdan etibarən tətbiq ediləcək.