Cüdo üzrə paytaxt çempionatında ilkin mükafatçılar

Hövsanda FHN-in idman kompleksində cüdo üzrə Bakı şəhər açıq çempionatına start verilib.

Allsport.az xəbər verir ki, kişilər və qadınlar arasında keçirilən paytaxt çempionatında 27 klubdan 235 idmançı mübarizə aparır. Yarışların ilk günü 6 çəki dərəcəsində qaliblər məlum olub.

Qadınlar arasında Şəfəq Həmidova (48 kq), Gülcahan Hacıyeva (57 kq), Aida Baxışova (70 kq), kişi cüdoçuların mübarizəsində isə Qasım Vəlizadə (60 kq), Elcan Şəfiyev (73 kq) və İbrahim Ağakişiyev (90 kq) şəhər çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Paytaxt çempionatına bu gün yekun vurulacaq.

Həmin kateqoriyadan