- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Cüdo millimiz geniş heyətlə Avstriyadadırlar. Allsport.az saytı xəbər verir ki, yığmamız Mittersill şəhərində təlim-məşq keçir. Toplanışda əsas milli komanda, qadınlar və paralimpiya komandmız iştirak edir. Hər il ənənəvi Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milliləri iştirak edirlər.
Dünyanın 67 ölkəsindən 1500 cüdoçu bu il keçiriləcək beynəlxalq yarışlara və Tokio-2020 oyunlarına hazırlaşır. Avstriya toplanışında Azərbaycan millisinin tanınmış cüdoçuları ilə yanaşı olimpiya çempionları – fransız Teddi Riner, çex Lukas Krpalek, rusiyalılar Xalmurzayev və Mudranov, kosovalı Kelmendi, sloveniyalı Tina Trstenyak, braziliyalı Sara Meneş və digər məşhur cüdoqi ustaları iştirak edirlər.
Cüdoçularımızın Mittersill təlim-məşq toplanışına yanvarın 15-də yekun vurulacaq.