- Baxış sayı: 74
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 33
- Dekabr 05, 2025
- 0

Qazaxıstanın Almatı şəhərində cüdoçuların dünya birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışda 61 ölkədən 463 nəfər mübarizə aparır. Rəqabətin 2-ci günü Azərbaycan millisi 1 medal qazanıb.
60 kq-da Kamran Süleymanov müvafiq olaraq, Braziliya, Ukrayna, Ermənistan, Qazaxıstan və Qırğızıstan idmançılarına qalib gələrək finala çıxıb. O, həlledici tutaşmada yaponiyalı Keiji Çujiokaya uduzaraq, gümüş mükafatla kifayətlənib.
Bu çəkidə Turan Bayramov 5-ci, Şükran Zanamlı (55 kq) 7-ci yer tutub.