- Baxış sayı: 74
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 112
- Dekabr 05, 2025
- 0

Macarıstan paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında noyabrın 5-də start götürəcək Avropa çempionatı üçün Azərbaycan komandası heyətini açıqlanıb.
Allsport.az xəbər verir ki, gənclər arasında keçiriləcək qitə çempionatında ümumilikdə 8 cüdoçumuz mübarizə aparacaq. Bunlar Elçin Hüseynov (66 kq), Zelim Tckayev, Məhərrəm İmamverdiyev (81 kq), İmran Yusifov (+100 kq); Aydan Vəliyeva, Ramilə Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyevadır (63 kq).
Noyabrın 7-dək davam edəcək yarışda 39 ölkədən 300-dən çox cüdoçu iştirakını təsdiqləyib.