- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Fevralın 1-2-də Bolqarıstanda kişilər arasında cüdo üzrə açıq Avropa kuboku keçiriləcək. Allsport.az xəbər verir ki, yığmamız turnirə 13 idmançı ilə qatılacaq.
Oruc Vəlizadə, Rövşən Əliyev, Davud Məmmədsoy, Turan Bayramov (hamısı 60 kq), Nurlan Osmanov, Vaqif Tarverdiyev (hər ikisi 66 kq), Kənan Quluzadə, Paşa Əliyev, Mətin Rzazadə (hər üçü 73 kq), Araş Ağayi, Zaur Dünyamalıyev (hər ikisi 90 kq), Aslan Mirzəyev (100 kq), İmran Yusifov (100 kq+) yarışda mübarizə aparacaqlar.
33 ölkədən 200-dən çox idmançının turnirdə iştirakı təsdiqləyib.