İlk yarış günü medal olmadı

Yaponiyanın Osaka şəhərində cüdo üzrə “Böyük dəbilqə”də cüdoçularımız mübariyə başlayıb.

Allsport.az xəbər verir ki, Tokio oyunlarına lisenziya xalları verən yarışda Azərbaycanı 8 kişi və 5 qadın cüdoçu təmsil edir. İlk yarış günündə 7 idmançımız mübarizəyə qoşulub.

Qadın güləşçilərin yarışında Leyla Əliyeva (48 kq) 1/16 finalda italiyalı Edna Karrilloya uduzub.

Aişə Qurbanlı (48 kq) malavili Harriet Bonfeysə qalib gəlsə də, 1/8 finalda yaponiyalı Natsumi Tsunoda uduzub.

Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda moldovalı Kristina Blanaruya məğlub olub.

Kişilərin mübarizəsində Kəramət Hüseynov (60 kq) 1/16 finalda belaruslu Yanislav Gerçevi əğlub etsə də, növbəti mərhələdə çinli Yunq Vei Yanqa yenilib. Davud Məmmədsoy (60 kq) italiyalı Elios Manziyə qalib gəlsə də, 1/8 finalda yaponiyalı Naohisa Takato ilə dueldən məğlub ayrılıb.

Orxan Səfərov (66 kq) 1/32 finalda kanadalı Jülyen Frasadoru məğlub etsə də, növbəti raundda rusiyalı Mixail Pulyayevə uduzub.

Nicat Şıxəlizadə (66 kq) 1/16 finalda rusiyalı Beslan Muradovu, növbəti mərhələdə kubalı Osniel Solisi məğlub edib. Cüdouçumuz 1/4 finalda yaponiyalı Yoşiro Maruyamaya uduzub. Nicat təsəlliverici görüşdə ispaniyalı Daniel Roman Pereslə mübarizədə uduzub və yarışı 7-ci yerdə bitirib.

Həmin kateqoriyadan