- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
11-13 yanvarda Qətərin paytaxtında “Dünya ustaları” yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mötəbər sınaqda 70 ölkədən 400-dən çox cüdoçu iştirakını təsdiqləyib.
Bizdən Dohada 7 nəfər mücadilə aparacaq. Bunlar Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi – 66 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerskadır (+78 kq).
“Dünya ustaları”da ilk yeri tutan 1800, gümüş mükafatçı 1260, 3-cü sıraya çıxanlar 900, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 648, 468 əmsal xalı qazanacaqlar.