- Baxış sayı: 38
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku turnirində Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.
İdmançılarımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə oğlanların yarışında 73 kq çəkidə Süleyman Şükürov, 81 kq çəkidə Aslan Kotsoyev və 90 kq çəkidə Ramazan Əhmədov bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə 3 qızıl medal yazdırıblar. 81 kq çəkidə Hüseyn Eyvazlı bürünc medala sahib olub.
73 kq çəkidə yarışan cüdoçular Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıb. 90 kq çəkidə mübarizə aparan idmançımız Tuncay Şamil yarışı 7-ci yerdə tamamlayıb.