- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Moskvada usta cüdoçular arasında beynəlxalq turnir keçirilib. Allsport.az xəbər verir ki, 15-ci dəfədir təşkil olunan nüfuzlu yarışda Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan idmançıları ilə yanaşı Azərbaycanın veteran cüdoçuları da mübarizə aparıblar.
1/8 finalda Ermənistan komandasını 5:0 hesabı ilə məğlub edən usta cüdoşularımız 1/4 finalda Qırğızıstana 5:0, 1/2 finalda isə Tacikistan millisinə 3:2 hesabı ilə qalib gələrək finala çıxıblar.
Finalda meydan sahibləri Rusiya komandasına 2:3 hesabı ilə uduzan millimiz beynəlxalq turnirin gümüş medalını qazanıb. Belarus və “RROS Qvardiya” komandaları bürünc medallara sahib olublar.
Sonda yarışın mükafatçılarına kuboklar, medallar və diplomlar təqdim edilib.