- Baxış sayı: 47
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Qazanda cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb. Allsport.az xəbər verir ki, yarışın ilk günündə Davud Məmmədsoy (60 kq) 1/16 finalda Rusiya təmsilçisi Albert Oğuzovla qarşılaşacaq.
Elçin Hüseynovun (66 kq) rəqibi isə 1/32 finalda italiyalı Karmine Maria Di Loreto (İtaliya) olacaq.
Qadınların yarışında isə startda Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) müvafiq olaraq Katarina Mens (Almaniya) və Melani Vieun (Fransa) ilə üz-üzə gələcəklər. Gültac Məmmədəliyeva (52 kq) Lus Olveyra (Meksika) ilə qarşılaşacaq.
79 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunur. Tokio olimpiadasına lisenziya xarakterli yarış mayın 10-dək davam edəcək.