- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Cüdo üzrə kişilərdən ibarət millimizin üzvləri Qusarda təlim-məşq toplanışını davam etdirir. Allsport.az xəbər verir ki, bu həftənin ilk günlərindən Şahdağda keçirilən hazırlıq prosesini cüdo federasiyasının rəhbərliyi də yaxından izləyir.
Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Millinin toplanışında hazırda Budapeştdə keçirilən dünya çempionatına qatılmayan cüdoçular iştirak edirlər. Rüstəm Orucov, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşangi Kokauri və digər cüdoçularımız məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirir.
Cüdo üzrə yığmamız qarşıdan gələn mühüm yarışa – Tokio Olimpiya Oyunlarına – hazırlaşır.