- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Aprelin 29-da Bolqarıstan paytaxtı Sofiyada Avropa çempionatı başlayacaq. Allsport.az saytı xəbər verir ki, mayın 1-dək davam edəcək yarışda 40 ölkədən 300-dən çox cüdoçu iştirak edəcək. Bizdən millini 11 nəfər təmsil edəcək.
Kişilərdə baş məşqçi Riçard Trautman və Mövlud Mirəliyevin rəhbərliyi ilə Balabəy Ağayev, Əhməd Yusifov (60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq); qadınlarda Rəşad Məmmədovun başçılığı ilə Şəfəq Həmidova və Ramilə Əliyeva (48 kq) mübarizə aparacaqlar.