Cüdoçularımız Rumıniyada açıq Avropa turnirində

2-3 iyulda Rumıniyanın Kluj-Napoka şəhərində açıq Avropa turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ölkəmizi bi sınaqda 17 cüdoçu təmsil edəcək.

Kişilərdə böyük məşqçi Elçin İsmayılov və məşqçi Mehman Əzizovun rəhbərliyi ilə Rəşad Yelkiyev, Nazir Talıbov (hər ikisi – 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov, Tofiq Əliyev, Elçin Hüseynov (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev, Nurlan Osmanov, Zaməddin Poladov (73 kq), Hasil Cəfərov, Kərim Allahverdiyev (81 kq), Murad Fətiyev (90 kq), İmran Yusifov (+100 kq) çıxış edəcəklər.

Qadınlarda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə Ramilə Əliyeva (48 kq), Südabə Ağayeva və Günel Həsənli (70 kq) mübarizə aparacaqlar.

Həmin kateqoriyadan