- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Cüdo üzrə kişilər və qadınlardan ibarət millimizin üzvləri açıq havada təlim-məşq prosesini davam etdirirlər. Allsport.az xəbər verir ki, məşqlər pandemiya qaydalarına ciddi əməl olunmaqla gündə 2 dəfə təşkil olunur.
Baş məşqçilər Ruslan Maşurenko və Rəşad Məmmədovun rəhbərlikləri altında yüksək səviyyədə keçirilən məşqlərdə millimizin bütün aparıcı üzvləri iştirak edir.
Beynəlxalq cüdo federasiyasının son açıqladığı təqvim planına uyğun olaraq, oktyabrda Budapeştdə qran-pri, gələn ilin yanvar ayında isə Qətərdə nüfuzlu “World Masters” beynəlxalq yarışlarının keçirilməsi nəzərdə tutulub. Avropa cüdo birliyinin təşkilatçılığı ilə noyabrda Çex Respublikasında Avropa çempionatının keçirilməsi planlaşdırılır.