Cüdoçularımızın ilk rəqibləri

Yanvarın 27-də Portuqaliyanın Almada şəhərində start götürəcək cüdo üzrə qran-pri turnirinin püşkü atılıb. Allsport.az xəbər verir ki, mərasimdə idmançılarımızın da ilk rəqibləri bəlli olub.

Qadınlar
48 kq.
Leyla Əliyeva – Mariya Selia Labord (Amerika Birləşmiş Ştatları)
Könül Əliyeva – Keysi Perafan (Argentina)

52 kq.
Gültac Məmmədəliyeva – Nandin-Erdene Myaqmarsuren (Monqolustan)
Aydan Vəliyeva – Ana Perez Boks (İspaniya)

57 kq.
Fidan Əlizadə – Pleyun Kornelis (Niderland)

63 kq.
Aytac Qardaşxanlı – Anya Obradoviç (Serbiya)

70 kq.
Südabə Ağayeva – Maya Koqan (İsrail) / Ellen Froner (Braziliya) cütlüyünün qalibi

Kişilər
60 kq.
Turan Bayramov – Xuan Ayala (Ekvador) / Tumiso Futeqo (Botsvana) görüşünün qalibi
Nazir Talıbov – Daniel Leutqeb (Avstriya)

66 kq.
Yaşar Nəcəfov – Vail Ezzin (Əlcəzair) / Bruno Bento (Portuqaliya) cütlüyünün qalibi

73 kq.
Vüsal Qələndərzadə – Samuel Qasner (Avstriya)
Nurlan Osmanov – Narkiso Matos (Mozambik)

81 kq.
Rüstəm Orucov – Kel Berliner (Amerika Birləşmiş Ştatları)
Elcan Hacıyev – Semedo Klaudiano (Kabo-Verde) / Xikmatillox Turayev (Özbəkistan) görüşünün qalibi

90 kq.
Vüqar Talıbov – Haruya Kayhori (Yaponiya)

+100 kq.
Camal Qamzatxanov – Stepan Heqyi (Avstriya)

Azərbaycan millisi 3 gün davam edəcək yarışa 16 cüdoçu ilə qatılıb.

Həmin kateqoriyadan