Cüdoçularımızın rəqibləri məlumdur

Budapeştdə cüdo üzrə dünya çempionatı start götürəcək. Allsport.az xəbər verir ki, Tokio olimpiadasına lisenziya xarakterli nüfuzlu yarışda Azərbaycan 12 cüdoçu ilə təmsil olunacaq.

Kişiləridə Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Zelim Tkçayev (81 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.

Qadınlarda ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) təmsil edəcəklər. Yarışa iyunun 13-də yekun vurulacaq.

Kişilər
60 kq
I mərhələ
Davud Məmmədsoy – Romarik Vend-Yam Buda (Fransa)
Kəramət Hüseynov – Mohammad Raşnonezad (İJF)

66 kq
I mərhələ
Orxan Səfərov – Naton Barns (İrlandiya)
Nicat Şıxəlizadə – Lusien Bors Dumitresku (Rumıniya)

73 kq
I mərhələ
Nurlan Osmanov – Tommy Maçias (İsveç)
Hidayət Heydərov – Ayton Siquie (Mozambik)

81 kq
I mərhələ
Zelim Tskayev – Terens Kouamba (Qabon)

II mərhələ
Murad Fətiyev – Elliott Konnoli (Yeni Zelandiya)

100 kq
II mərhələ
Elmar Qasımov – Boris Georgiyev (Bolqarıstan)

Qadınlar
48 kq
II mərhələ
Leyla Əliyeva – Sabina Gilyazova (RJF)
Aişə Qurbanlı – Julia Fiqueroa (İspaniya)

52 kq
I mərhələ
Gültac Məmmədliyeva – Tatyana Levitska Şukvani (Gürcüstan).

Həmin kateqoriyadan