Göygöldə 15 yeniyetmə cüdoçunun zəhərlənmə səbəbinin müəyyən edilməsi üçün iş gedir

Azərbaycan Cüdo Federasiyası ictimaiyyətin diqqətinə çatdırır ki, 20 apreldən etibarən Göygöl olimpiya idman kompleksində müxtəlif bölgələrdən olan 15-ə yaşa qədər yeniyetmə cüdoçuların təlim-məşqi təşkil edilib. Allsport.az saytının məlumatına görə, ayın 30-a qədər davam edəcək toplanışında məqsəd, 6-8 mayda 15-ə yaşa qədər yeniyetmələrin Azərbaycan birinciliyi hazırlıqdır.

ACF tərəfindən məkanın Göygöl seçilməsi təsadüfi deyil. İndiyə qədər bu idman kompleksində dəfələrlə müxtəlif yaş qrupları üçün toplanış və yarışlar təşkil edib və göstərilən xidmət həmişə yüksək səviyyədə olub.

Son hazırlıqda 15 idmançıda ürəkbulanma, hərarət və qusma olduğundan, onlar müayinə üçün Göygöl rayon xəstəxanasına aparılıblar və onlara ilkin tibbi yardım gösətrildikdən və hərətəfli müayinə göstərildikdən sonra, yenidən olimpiya idman kompleksinə qayıdıblar. Həmçinin, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib.

Hazırda idmançıların səhhəti yaxşıdır və sağlamlıqlarına heç bir təhlükə yoxdur. Yeniyetmə cüdoçularımız cari qrafik üzrə məşqlərini davam etdirilər. Eyni zamanda qeyd etməliyik ki, Göygöl olimpiya idman kompleksi ilə aramızda imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edir.

İdmançılarımızın sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ACF-in ən ümdə vəzifələrindəndir və biz bu məsələyə ən ciddi şəkildə yanaşırıq. Bununla əlaqədar olaraq, məsələnin tam araşdırılması və idmançıların özlərini pis hiss etmələrinin səbəblərinin müəyyən edilməsi üçün federasiya dövlət orqanları ilə əməkdaşlıq edir.

Sözügedən məsələ ilə bağlı əlavə məlumatlar olduğu halda ictimaiyyəti məlumatlandıracağıq.

Həmin kateqoriyadan