- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Cüdo Federasiyasının gender bərabərliyi üzrə komissiyası qadınlar və kişilər arasında bərabərlik məsələlərinə dair ilk konfransı Bakıda keçirməyi planlaşdırır. Allsport.az saytı xəbər verir ki, tədbir dünya çempionatından əvvəl qurumun yarışlar üzrə meneceri Liza Allanın sədrliyi ilə təşkil ediləcək.
Yəğıncaqda İJF-in prezidenti Marius Vizerin, rumıniyalı deputat Rozalia-İbolya Bironun, Xorvatiya Cüdo Federasiyasının prezidenti Sanda Çorakın, Avstraliya Cüdo Federasiyasının prezidenti Keyt Korkerinin, yaponiyalı Akiko Amanonun, braziliyalı Yuko Fujinin, kosovolu Driton Kukanın və Maylinda Kelmendinin, avstriyalı Sabrina Filzmoserin və digər şəxslərin iştirakı planlaşdırılır.
Konfransın sentyabrın 19-da “Hilton”da keçirilməsi nəzərdə tutulur. Dünya çempionatı isə ayın 20–27-də milli gimnastika arenasında təşkil olunacaq.